Mustafa Şentop Bakıya səfər edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop parlament nümayəndə heyəti ilə birlikdə Azərbaycanın paytaxtı Bakıya gedib.

1827555
Mustafa Şentop Bakıya səfər edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop parlament nümayəndə heyəti ilə birlikdə Azərbaycanın paytaxtı Bakıya gedib.

Şentop və rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) mayın 16-18-də Bakıda keçiriləcək Üçüncü Ümumi Konfransında iştirak edəcək.

Şentop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək, daha sonra İƏT PA-nın 3-cü Üçüncü Ümumi Konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə veriləcək şam yeməyində iştirak edəcək.

Qeyd edək ki, mayın 17-də Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransı keçiriləcək.

Tədbirdə Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edəcəklər.

İştirakçılar əvvəlcə İƏT PA-nın İcraiyyə Şurasının, həmçinin qurumun Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə, Kommunikasiya və əlaqələndirmə üzrə və Qadın, gənclər və mədəni məsələlər üzrə komitələrinin iclasları keçiriləcək.

Milli Məclisin plenar iclas zalında keçiriləcək İƏT PA-nın Üçüncü Ümumi Konfransında “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunacaq, postpandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılacaq.

Konfrans çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.



Әlaqәli Xәbәrlәr