Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (26 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1768729
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (26 yanvar 2022)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 3192 yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 640 min 148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 619 min 50 nəfər müalicə olunaraq sağalıb, 8 min 650 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 448 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 544, bu günə qədər isə ümumilikdə 6 milyon 94 min 493 test icra olunub.

Yanvarın 26-da Azərbaycanda 30 min 563 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2549, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 min 393 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 876 min 73, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 220 min 1, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 734 min 704 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 921 min 368 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr