Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1766451
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 yanvar 2022)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 1068 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 630 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 156 nəfər müalicə olunaraq sağalıb, 8 581 nəfər vəfat edib, aktiv xəstə sayı 10 683 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7795, ötən müddət ərzində isə ümumilikdə 6 045 582 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 8 471 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 722, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 773, buster doza üzrə vaksinasiya olunanların sayı isə 6 976 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 765 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 209 461, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 724 359, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 831 217 təşkil edir.



Әlaqәli Xәbәrlәr