Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1765929
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 yanvar 2022)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 1186 yeni yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 629352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610605 nəfər müalicə olunaraq sağalıb, 8564 nəfər vəfat edib, aktiv xəstə sayı 10183 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9116, ötən müddət ərzində isə ümumilikdə 6037787 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 26784. vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2651, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21514 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11756566, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5208739, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4723586, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1824241 təşkil edir.



Әlaqәli Xәbәrlәr