Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (17 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki...

1764003
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (17 yanvar 2022)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 359 yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 626 min 85 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 min 777 nəfər müalicə olunaraq sağalıb, 8 min 529 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 min 779 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 261, bu günə qədər isə ümumilikdə 6 milyon 10 min 761 test icra olunub.

Yanvarın 17-də Azərbaycanda 6 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, “buster” doza ilə peyvənd olunanların sayı isə 4 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 672 min 89, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 200 min 330, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 714 min 478 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 757 min 281 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr