Qazaxıstanın daha 4 regionunda fövqəladə vəziyyət rejiminə son qoyulub

Qazaxıstanın Çimkənd şəhərində, Şərqi Qazaxıstan, Karaqanda və Türküstan əyalətlərində etibarən fövqəladə vəziyyət ləğv olunub.

1762884
Qazaxıstanın daha 4 regionunda fövqəladə vəziyyət rejiminə son qoyulub

Qazaxıstanın Çimkənd şəhərində, Şərqi Qazaxıstan, Karaqanda və Türküstan əyalətlərində etibarən fövqəladə vəziyyət ləğv olunub.

Bu barədə ölkə Prezidenti Qasım Jomərt Tokayev müvafiq fərman imzalayıb.

Xatırladaq ki, ötən gün də Şimali Qazaxıstan, Qərbi Qazaxıstan, Pavlodar əyalətlərində fövqəladə vəziyyət ləğv edilib.

Qeyd edək ki, yanvarın 2-də Qazaxıstanın qərbində maye qazın (LPG) qiymətinin qalxması və ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi zəminində başlayan etiraz nümayişləri ölkənin digər bölgələrinə də yayılıb.

Nümayişlər zamanı təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma baş verib. Xüsusilə ölkənin cənubundakı Almatı şəhərində polis maşınlarını yandıraraq hökumət binalarına girən etirazçılara təhlükəsizlik qüvvələri səs bombaları ilə cavab verib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev etirazlara görə ittiham etdiyi hökumətin istefasını qəbul edib.

Etirazların əhatə dairəsinin genişləməsi ilə ölkədə fövqəladə vəziyyət elan edilib. Nümayişçilər ictimai binaları zəbt edib silahdan istifadə etdikdə, Nur-Sultan Administrasiyası təhlükəsizlik qüvvələrinə əməliyyat əmri verib.

Yanvarın 7-də Tokayev ölkənin bütün bölgələrində konstitusiya quruluşunun bərpa olunduğunu qeyd edərək, “Terrorçular hələ də silahdan istifadə etməkdə və vətəndaşların əmlakına ziyan vurmaqda davam edirlər” deyib.

Ölkə iqtisadiyyatına dəyən ziyanın 217,7 milyon dolları ötdüyü bildirilir.

Ölkədə təhlükəsizlik qüvvələrinin terror əməliyyatı Almatı vilayəti və Cambil əyalətlərində davam edir.

İndiyədək 10 mindən çox adam saxlanılıb.

Hadisələrdə 164 nəfərin öldüyü barədə məlumat hələ də rəsmi orqanlar tərəfindən təsdiqlənməyib.



Әlaqәli Xәbәrlәr