Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (14 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1762914
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (14 yanvar 2022)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 653 yoluxma faktı qeydə alınıb, 488 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 624 min 208 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 607 min 885 nəfər müalicə olunaraq sağalıb, 8 min 497 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 826 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 275, bu günə qədər isə ümumilikdə 5 milyon 987 min 10 test icra olunub.

Yanvarın 14-də Azərbaycanda 28 min 613 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 702, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 939 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 22 min 972 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 621 min 120, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 195 min 727, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 709 min 352 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 716 min 41 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr