Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə..

1762317
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 yanvar 2022)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 674 yeni yoluxma faktı qeydə alınıb, 509 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.İndiyədək ölkədə ümumilikdə 623 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 607 397 nəfər müalicə olunaraq sağalıb, 8 490 nəfər vəfat edib, aktiv xəstə sayı 7668 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 386, ötən müddət ərzində isə ümumilikdə 5 978 735 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 29 887 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 678, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 158, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 051 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 592 507, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 193 025, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 706 413, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 693 069 təşkil edir.



Әlaqәli Xәbәrlәr