Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (12 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1761598
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (12 yanvar 2022)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 645 yoluxma faktı qeydə alınıb, 577 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 622 min 881 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606 min 888 nəfər müalicə olunaraq sağalıb, 8 min 480 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 513 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 746, bu günə qədər isə ümumilikdə 5 milyon 968 min 349 test icra olunub.

Yanvarın 12-də Azərbaycanda 31 min 455 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 885, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 768 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 24 min 802 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 562 min 620, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 190 min 347, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 703 min 255 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 669 min 18 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr