Qazaxıstanın yeni Baş naziri Əlixan Smailov olub

Prezident Kasım-Jomart Tokayev Qazaxıstan Parlamentinin ümumi iclasında Əlixan Smailovun baş nazir postuna namizədliyini təqdim edib.

1760484
Qazaxıstanın yeni Baş naziri Əlixan Smailov olub

Prezident Kasım-Jomart Tokayev Qazaxıstan Parlamentinin ümumi iclasında Əlixan Smailovun baş nazir postuna namizədliyini təqdim edib.

Smailov bütün siyasi partiya deputatları tərəfindən "hə" səsi ilə ölkənin 12-ci Hökumət Başçısı olub.

Əvvəllər kabinetdə baş nazirin birinci müavini vəzifəsində çalışmış 50 yaşlı Smailov yanvarın 5-də keçmiş Baş nazir Əsgər Məminin başçılıq etdiyi hökumətin ölkədə mayeləşdirilmiş neft qazının (LPG) qiymətinin artırılmasına etirazlardan sonra istefa verməsilə müvəqqəti hökumət başçısı vəzifəsini tutmuşdu.

Səsvermədən sonra baş nazir kimi ilk çıxışında Smailov belə bir vaxtda ona etimad göstərdikləri üçün prezident Tokayevə və onun müavinlərinə təşəkkür edib.

Əsas vəzifəsinin ölkədə makroiqtisadi sabitliyi təmin etmək və inflyasiyanı azaltmaq olduğunu bildirən Smailov “Vətəndaşların bütün qanuni müraciətləri qeydə alınacaq və icra olunacaq” deyib.



Әlaqәli Xәbәrlәr