Qazaxıstan Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında videokonfrans keçirilib

Yanvarın 10-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında videokonfrans keçirilib.

1760335
Qazaxıstan Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında videokonfrans keçirilib

Yanvarın 10-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında videokonfrans keçirilib.

 Bu barədə Ş. Mişel sosial media hesabında bildirilib.

Qazaxıstandakı son hadisələri müzakirə etdiklərini ifadə edən Mişel bir həftədir davam edən hadisələrdə həyatını itirənlərlə bağlı başsağlığı verib.

Mişel Qazaxıstanla tərəfdaşlığın, eləcə də Aİ-nin insan hüquqları və əsas azadlıqlar çərçivəsində ölkənin suverenliyinə, təhlükəsizliyinə və sabitliyinə dəstəyini vurğuladığını bildirib.

Qeyd edək ki, yanvarın 2-də Qazaxıstanın qərbində maye qazın (LPG) qiymətinin qalxması və ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi zəminində başlayan etiraz nümayişləri ölkənin digər bölgələrinə də yayılıb.

Nümayişlər zamanı təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma baş verib. Xüsusilə ölkənin cənubundakı Almatı şəhərində polis maşınlarını yandıraraq hökumət binalarına girən etirazçılara təhlükəsizlik qüvvələri səs bombaları ilə cavab verib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev etirazlara görə ittiham etdiyi hökumətin istefasını qəbul edib.

Etirazların əhatə dairəsinin genişləməsi ilə ölkədə fövqəladə vəziyyət elan edilib. Nümayişçilər ictimai binaları zəbt edib silahdan istifadə etdikdə, Nur-Sultan Administrasiyası təhlükəsizlik qüvvələrinə əməliyyat əmri verib.

Yanvarın 7-də Tokayev ölkənin bütün bölgələrində konstitusiya quruluşunun bərpa olunduğunu qeyd edərək, “Terrorçular hələ də silahdan istifadə etməkdə və vətəndaşların əmlakına ziyan vurmaqda davam edirlər” deyib.



Әlaqәli Xәbәrlәr