Prezident Kasım-Jomart Tokayevin tapşırıqları

Prezident Kasım-Jomart Tokayev ölkədə sosial-iqtisadi vəziyyəti sabitləşdirmək məsələləri üzrə bir sıra tapşırıqlar verib.

1757346
Prezident Kasım-Jomart Tokayevin tapşırıqları

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə sosial-iqtisadi vəziyyəti sabitləşdirmək məsələləri üzrə bir sıra tapşırıqlar verib.

Bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Prezident Kasım-Jomart Tokayev sosial-iqtisadi vəziyyətə dair məsələlərlə bağlı müşavirə keçirib.

Məlumata görə, sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi proqramında dövlət başçısının verdiyi tapşırıqları maye qaz, benzin və dizel yanacağının qiymətinin dövlət tərəfindən 180 günə tənzimlənməsi, “Fiziki şəxslərin müflisləşməsi haqqında” qanunun hazırlanmasına başlanılması, gündəlik tələbat mallarının qiymətinin dövlət tərəfindən tənzimlənməsi, kommunal xitmətlərin qiymətlərinin bahalaşmasına 180 gün moratorium tətbiq edilməsi, səhiyyə sahəsində və uşaqların sağlığında problemlərin həlli üçün dövlət və özəl sektorun maliyyələşdirəcəyi “Qazaxıstan xalqı” fondunun yaradılması və digər məsələlər yer alıb.



Әlaqәli Xәbәrlәr