Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (29 dekabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1754424
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (29 dekabr 2021)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 1209 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 615 min 842 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 597 min 754 nəfər müalicə olunaraq sağalıb, 8 min 332 nəfər vəfat edib, aktiv xəstə sayı 9 min 756 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 591, ötən müddət ərzində isə ümumilikdə 5 milyon 842 min 565 test aparılıb.

Azərbaycanda son sutkada yeni növ koronavirus əleyhinə 30 min 157 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 908, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 659, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 23 min 590 nəfərdir.

Ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 11 milyon 286 min 4, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 163 min 947, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 669 min 820, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 452 min 237 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr