Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 dekabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1753846
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 dekabr 2021)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 376 yeni yoluxma faktı qeydə alınıb, 887 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 615 min 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 596 min 545 nəfər müalicə olunaraq sağalıb, 8 min 324 nəfər vəfat edib, aktiv xəstə sayı 10 min 443 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 784, ötən müddət ərzində isə ümumilikdə 5 milyon 832 min 974 test aparılıb.

Azərbaycanda son sutkada yeni növ koronavirus əleyhinə 31 min 242 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 83, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 132, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 24 min 27 nəfərdir.

Ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 11 milyon 255 min 847, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 161 min 39, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 666 min 161, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 428 min 647 nəfər təşkil edir.

Bu günə qədər ölkədə koronavirus əleyhinə 11 milyon 255 min peyvənd dozası vurulub. İki doza vaksin alan insanların sayı 4 milyon 777 min nəfərdir. İndiyə qədər ölkədə "buster" doza ilə peyvəndlənənlərin sayı isə 1 milyon 255 min nəfərdir.



Әlaqәli Xәbәrlәr