Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (23 dekabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1751798
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (23 dekabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 854 yoluxma faktı qeydə alınıb, 1569 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 613 min 59 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 591 min 724 nəfər müalicə olunaraq sağalıb, 8 min 257 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 78 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 462, bu günə qədər isə ümumilikdə 5 milyon 788 min 891 test icra olunub.

Dekabrın 23-də Azərbaycanda 27 min 494 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 952 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 468 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 21 min 74 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 152 min 952, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 150 min 711, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 653 min 5 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 349 min 236 nəfər təşkil edir.

 



Әlaqәli Xәbәrlәr