Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (22 dekabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1751260
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (22 dekabr 2021)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 648 yeni yoluxma faktı qeydə alınıb, 1 365 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 612 205 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 155 nəfər müalicə olunaraq sağalıb, 8 238 nəfər vəfat edib, aktiv xəstə sayı 13 812 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 891, ötən müddət ərzində isə ümumilikdə 5 777 429 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 28 142 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 083, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 634, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 425 nəfərdir.Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 125 458, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 147 759, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 649 537, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 328 162 təşkil edir.



Әlaqәli Xәbәrlәr