Prezident İlham Əliyev Fatih Dönməzi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzi qəbul edib.

1750703
Prezident İlham Əliyev Fatih Dönməzi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzi qəbul edib.

Nazir Fatih Dönməz Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyi vurğulanıb, enerji sahəsində əməkdaşlığın ötən illərdə olduğu kimi davam etdirilməsi məmnunluqla qeyd edilib.

Söhbət zamanı Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri qlobal enerji layihələrinin əhəmiyyəti qeyd olunub, nazir Fatih Dönməzin səfərinin enerji sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan olduğu bildirilib.

Görüşdə Bakıda keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, konkret layihələrin müzakirəsi üçün yeni bir platforma olduğu vurğulanıb.



Әlaqәli Xәbәrlәr