Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 dekabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1750680
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 dekabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 662 yoluxma faktı qeydə alınıb, 1452 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 611 min 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 588 min 790 nəfər müalicə olunaraq sağalıb, 8 min 222 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 545 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 157, bu günə qədər isə ümumilikdə 5 milyon 767 min 538 test icra olunub.

Dekabrın 21-də Azərbaycanda 30 min 365 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 758 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 985 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 22 min 622 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 97 min 316, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 144 min 676, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 645 min 903 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 306 min 737 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr