Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (26 noyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1739309
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (26 noyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1997 yoluxma faktı qeydə alınıb, 2319 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 582 min 504 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 547 min 354 nəfər müalicə olunaraq sağalıb, 7 min 767 nəfər vəfat edib. Aktiv xəstə sayı 27 min 383 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 210, bu günə qədər isə ümumilikdə 5 milyon 497 min 719 test icra olunub.

Noyabrın 26-da Azərbaycanda 30 min 893 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 213 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 21 min 935 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 426 min 930, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 67 min 433, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 549 min 652 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 809 min 845 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr