Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 noyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1738144
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 noyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1924 yoluxma faktı qeydə alınıb, 1873 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 578 min 627 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 543 min 200 nəfər müalicə olunaraq sağalıb, 7 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 27 min 718 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 584, bu günə qədər isə ümumilikdə 5 milyon 473 min 157 test icra olunub.

Noyabrın 24-də Azərbaycanda 34 min 474 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 229, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 min 418 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 23 min 827 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 363 min 317, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 59 min 543, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 538 min 992 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 764 min 782 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr