Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 noyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1736593
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 noyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1889 yoluxma faktı qeydə alınıb, 2537 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 573 min 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 538 min 211 nəfər müalicə olunaraq sağalıb, 7624 nəfər vəfat edib. Aktiv xəstə sayı 28 min 139 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 740, bu günə qədər isə ümumilikdə 5 milyon 443 min 180 test icra olunub.

Noyabrın 21-də Azərbaycanda 25min 256 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3509, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5325 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 16 min 422 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 267 min 178, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 50 min 602, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 524 min 841 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 716 min 991 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr