Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 noyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1736417
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 noyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1763 yoluxma faktı qeydə alınıb, 2499 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 572 min 85 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 535 min 674 nəfər müalicə olunaraq sağalıb, 7 min 599 nəfər vəfat edib. Aktiv xəstə sayı 28 min 812 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 271, bu günə qədər isə ümumilikdə 5 milyon 431 min 440 test icra olunub.

Noyabrın 20-də Azərbaycanda 33 min 72 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 482, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 min 842 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 21 min 748 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 267 min 178, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 47 min 93, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 519 min 516 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 700 min 569 nəfər təşkil edir.

 



Әlaqәli Xәbәrlәr