Mustafa Şəntop: “Özbəkistanın islahat prosesini yaxından izləyirik”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Özbəkistanın islahat və transformasiya prosesini yaxından izlədiklərini bildirib.

1735906
Mustafa Şəntop: “Özbəkistanın islahat prosesini yaxından izləyirik”

Mustafa Şəntop Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının vitse-prezidenti, Özbəkistan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri  Akmal Saidov və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Mustafa Şəntop TBMM-də baş tutan qəbulda qarşılıqlı ziyarətlərin ikitərəfli münasibətlərin inkişafına  töhfə  verdiyinə diqqət çəkib. İki ölkə arasında qardaşlıq hüququna əsaslanan strateji tərəfdaşlığın parlamentlərarası əlaqələrin inkişafı ilə də dəstəklənməli olduğu fikrindən müdafiə  etdiyini bildirib. Qardaş Özbəkistan və özbək xalqının  Türk millətinin nəzdində  xüsusi yer və  önəmə sahib olduğunu millət vəkillərinin daha intensiv görüşlər və ziyarətlərlə bu qardaşlığı  daha da möhkəmləndirmək uğrunda  səy etməli  olduqlarını qeyd edib. Mustafa Şentop bildirib ki, Türküstan coğrafiyasının lider ölkəsi olan Özbəkistan türk və İslam sivilizasiyasının ən gözəl əsərlərinə sahib olmaqla yanaşı, siyasət, iqtisadiyyat və cəmiyyət baxımından gündən-günə inkişaf edən və güclənən bir ölkədir. Türkiyənin  isə bu inkişafı yüksək qiymətləndirdiyini, ölkədəki islahat və transformasiya prosesini də yaxından izlədiklərini, Özbəkistanın Türkdilli Dövlətlər Təşkilatının üzvü olmasına sevindiklərini sözlərinə əlavə edib.

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini və Özbəkistan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Saidov da Türkiyə  ilə həm beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), həm də Türkdilli dövlətlər Təşkilatı çərçivəsində birgə fəaliyyət göstərəcəklərini vurğulayıb.  



Әlaqәli Xәbәrlәr