Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətindəki Azərbaycan mövqelərini atəşə tutub

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı məlumat yayıb.

1735541
Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətindəki Azərbaycan mövqelərini atəşə tutub

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Nazirlik qarşı tərəfin cavab atəşi ilə susdurulduğunu bildirib. 



Әlaqәli Xәbәrlәr