Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 noyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1735717
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 noyabr 2021)

Azərbaycanda "Covid-19" infeksiyasına son 24 saat ərzində  2124 yoluxma faktı qeydə alınıb, 2669 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 568 min 89 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 530 min 774 nəfər müalicə olunaraq sağalıb, 7 min 551 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 min 764 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 963, bu günə qədər isə ümumilikdə 5 milyon 405 min 244 test icra olunub.

Noyabrın 18-də Azərbaycanda 35 min 699 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 min 700 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 23 min 120 nəfər təşkil edir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 201 min 533, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 38 min 225, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 505 min 772 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 657 min 536 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr