Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (16 noyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1734737
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (16 noyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 2015 yoluxma faktı qeydə alınıb, 2178 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 563 min 940 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 525 min 838 nəfər müalicə olunaraq sağalıb, 7 min 502 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 600 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 35, bu günə qədər isə ümumilikdə 5 milyon 380 min 154 test icra olunub.

Noyabrın 16-da Azərbaycanda 39 min 287 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 min 625 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 23 min 670 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 132 min 50, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 28 min 482, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 490 min 360 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 613 min 208 nəfər təşkil edib.



Әlaqәli Xәbәrlәr