Azərbaycan Müdafiə Nazirliyi: Qarşı tərəf təşviş içində mövqelərini tərk edir

Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi Azərbaycan hərbçiləri tərəfindən dəf edilib.

1734726
Azərbaycan Müdafiə Nazirliyi: Qarşı tərəf təşviş içində mövqelərini tərk edir

Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi Azərbaycan hərbçiləri tərəfindən dəf edilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi Azərbaycan bölmələri tərəfindən izlənilir.

Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.

Ermənistan silahlı qüvvələrinin sərhədboyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır.

Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb.

Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.

“Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində Azərbaycana qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətininin məlumatına görə, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən Azərbaycan bölmələri istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.

Azərbaycan Ordusunun bölmələri Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə adekvat tədbirlər görür.



Әlaqәli Xәbәrlәr