Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (27 oktyabr 2021)

Azərbaycanda son sutkada 2300 nəfər "Covid-19"-a yoluxub.

1725881
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (27 oktyabr 2021)

Azərbaycanda son sutkada 2300 nəfər "Covid-19"-a yoluxub, 27 nəfər ölüb.

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 2 300 yeni yoluxma faktı qeydə alınıb, 1 248 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 522 368 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 487 674 nəfər müalicə olunaraq sağalıb, 6 966 nəfər vəfat edib, aktiv xəstə sayı 27728 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 175, ötən müddət ərzində isə ümumilikdə 5 144 208 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 44716 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12396 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9469618, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5119077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4350541 təşkil edir.



Әlaqәli Xәbәrlәr