Prezident Ərdoğan Zəngilan rayonunda olub

Prezident Rəcəb Tayyib Ərdoğanın Zəngilan rayonuna səfər edib.

1725327
Prezident Ərdoğan Zəngilan rayonunda olub

Prezident Rəcəb Tayyib Ərdoğanın Zəngilan rayonuna səfər edib.

Rayonda dövlət başçısının rəsmi qarşılanma mərasimi keçirilib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Prezident Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Ərdoğana  raport verib.

Dövlət başçısı Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Hər iki ölkənin nümayəndə heyətləri dövlət başçılarına təqdim edilib.

Sonra da Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək "Ağıllı aqropark"ın təməlini qoyublar. Daha sonra iki ölkənin liderləri ərazidə ağac əkiblər.

 Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçılarına rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib.

Zəngilanda dövlət başçılarının təkbətək görüşü olub.

Daha sonra nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdən sonra dövlət başçılarının mətbuata bəyanatı olacaq.



Әlaqәli Xәbәrlәr