İki qardaş ölkənin dövlət başçıları Zəngəzur dəhlizinin təməlini qoyublar

Oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməli qoyulub.

1725220
İki qardaş ölkənin dövlət başçıları Zəngəzur dəhlizinin təməlini qoyublar

Oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməli qoyulub.

Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar..

Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verib.

Bu gün Zəngilan rayonunda “Dost Aqropark” layihəsinin təməli də qoyulub.

Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və təməlqoyma mərasimində iştirak ediblər. 



Әlaqәli Xәbәrlәr