Qırğızıstan Türkiyədən SİHA alacaq

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri general Kamçibek Taşiyev Türkiyəyə “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatını (SİHA) sifariş etdiklərini bildirib.

1723321

Prezident Sadir Çaparovun iştirakı ilə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunları Xidmətlərinə ilk dəfə alındığı bildirilən hərbi maşınların təhvil verilməsi mərasimi keçirilib.

Mərasimdən sonra jurnalistlərə açıqlama verən Taşıyev “Bayraktar TB2” SİHA-nı Türkiyədən sifariş etdiklərini və yaxın vaxtlarda özlərinə təhvil veriləcəyini bildirib.

SİHA-ların məhdud sayda ölkədə olduğuna diqqət çəkən Taşıyev "Onlardan biri də bizim ölkəmiz olacaq. SİHA-dan istifadə edəcək şəxslər Türkiyədə təlim keçiblər. Bu SİHA-lar tezliklə ölkəmizə gələcək" deyib.

Әlaqәli Xәbәrlәr