Ersin Tatar: "Ana vətən Türkiyə ilə əlaqələrimizin kəsilməsinə icazə vermərik"

Prezident Tatar qəbulda Türkiyə ilə hər cür əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.

1721424
Ersin Tatar: "Ana vətən Türkiyə ilə əlaqələrimizin kəsilməsinə icazə vermərik"

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar Bütün Bürokratlar və İşadamları Federasiyasının (TÜMBİFED) sədri Mehmet Hüsrev və onu müşayiət edən heyəti Lefkoşada qəbul edib.

Prezident Tatar qəbulda Türkiyə ilə hər cür əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkərək deyib:

"Kimsənin ana vətən Türkiyə ilə əlaqələrimizi kəsməsinə icazə vermərik. Bölgədəki sabitlik üçün Türkiyənin də hüquqlarını qoruyaraq və Türkiyə Cümhuriyyətinin hərtərəfli dəstəyi ilə (Kıbrısda) iki suveren yan-yana yaşayan iki dövlətin əməkdaşlığı ilə ancaq bir razılıq əldə oluna bilər".

Prezident Tatar Kıbrısda bir anlaşma üçün siyasi arenada qarşı tərəflə (Kıbrıs Rum tərəfi) hər zaman görüşə hazır olduqlarını, rəsmi çərçivədə görüşlər üçün suverenliklərinin rəsmi qəbul edilməsinin vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr