Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (17 oktyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1896 yoluxma faktı qeydə alınıb.

1720813
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (17 oktyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1896 yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 502 min 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 478 min 403 nəfər müalicə olunaraq sağalıb, 6 min 765 nəfər vəfat edib. Aktiv xəstə sayı 17 min 39 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 261, bu günə qədər isə ümumilikdə 5 milyon 25 min 402 test icra olunub.

Oktyabrın 17-də Azərbaycanda 25 min 462 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 min 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 min 500 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 194 min 432, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 964 min 151, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 230 min 281 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr