Ersan Saner: "Hökumətin istefasını yaxın zamanda təqdim edəcəyəm"

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) Baş naziri Ersan Saner hökumətin istefasını yaxın zamanda Prezident Ersin Tatara təqdim edəcəyini söyləyib.

1719046

Baş nazir və Milli Birlik Partiyasının (UBP) sədri E. Saner yazılı açıqlamasında "Məclisdəki yetersay problemi və hökumət daxilində ortaya çıxan bəzi problemlər istefanın gündəmdə olmasına səbəb oldu" deyib.

Saner "Bu andan etibarən ən qısa zamanda Prezidentimizi ziyarət edəcəyəm və hökumətin istefasını təqdim edəcəyəm" deyib.

UBP, Demokrat Partiyası (DP) və Yenidən Doğuş Partiyasının (YDP) üçlü koalisiyasının Cümhuriyyət Türk Partiyası (CTP) ilə Xalq Partiyasının (HP) "hökumət olma məsuliyyətindən imtina etmələri qarşısında bir mənada məcburi olaraq quruldunu" bildirən Saner daxili və xarici siyasətdəki bütün problemlərə baxmayaraq koalisiya hökumətinin uğurla vəzifəsini icra etdiyini bildirib.

Әlaqәli Xәbәrlәr