Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 oktyabr 2021)

Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 1265 yeni yoluxma faktı qeydə alınıb.

1719213
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 oktyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1265 yoluxma faktı qeydə alınıb, 868 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 495 min 332 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 475 min 382 nəfər müalicə olunaraq sağalıb, 6 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 241 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 654, bu günə qədər isə ümumilikdə 4 milyon 979 min 535 test icra olunub.

Oktyabrın 13-də Azərbaycanda 36 min 394 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 475, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 min 919 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 73 min 493, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 916 min 894, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 156 min 599 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr