Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (12 oktyabr 2021)

Azərbaycanda ötən sutka koronavirus (Covid-19) infeksiyasına 1277 yeni yoluxma faktı qeydə alınıb.

1718625
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (12 oktyabr 2021)

Azərbaycan Respublikasında koronavirus (Covid19) infeksiyasına 1277 yeni yoluxma faktı qeydə alınıb, 853 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 494 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 474 514 nəfər müalicə olunaraq sağalıb, 6 692 nəfər vəfat edib. 12 861 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 569, bu günə qədər isə ümumilikdə 4 969 881 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 39 810 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 015, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 795 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 037 099, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 903 419, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 133 680 təşkil edir.



Әlaqәli Xәbәrlәr