Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (11 oktyabr 2021)

Azərbaycanda daha 638 nəfər COVID-19-dan sağalıb, 611 nəfər yoluxub.

1718018
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (11 oktyabr 2021)

Azərbaycan Respublikasında koronavirus (Covid19) infeksiyasına 611 yeni yoluxma faktı qeydə alınıb, 638 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahda verilən məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 492 790 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 661 nəfər müalicə olunaraq sağalıb, 6 677 nəfər vəfat edib, aktiv xəstə sayı 12 452 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 575, ötən müddət ərzində isə ümumilikdə 4 958 312 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus  əleyhinə 511 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 997 189, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 889 404, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 107 885 təşkil edir.



Әlaqәli Xәbәrlәr