Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (10 oktyabr 2021)
Son sutkada Azərbaycanda koronavirus infeksiyasından 1043 nəfər sağalıb.
Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1032 yoluxma faktı qeydə alınıb, 1043 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 492 min 179 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 min 23 nəfər müalicə olunaraq sağalıb, 6 min 664 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 492 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 385, bu günə qədər isə ümumilikdə 4 milyon 952 min 737 test icra olunub.
Oktyabrın 10-da Azərbaycanda 33 min 833 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 min 726, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 min 107 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 996 min 778, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 889 min 178, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 107 min 600 nəfər təşkil edir.