Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (9 oktyabr 2021)

Azərbaycanda daha 1119 nəfər "Covid-19"-dan sağalıb, 1017 nəfər yoluxub.

1717204
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (9 oktyabr 2021)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 1017 yeni yoluxma faktı qeydə alınıb, 1119 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 491 147 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 471 980 nəfər müalicə olunaraq sağalıb, 6654 nəfər vəfat edib, aktiv xəstə sayı 12 513 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 679, ötən müddət ərzində isə ümumilikdə 4 944 352 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 39 890 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 074 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 962 945, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 877 452, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 085 493 təşkil edir.



Әlaqәli Xәbәrlәr