Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (5 oktyabr 2021)

Azərbaycanda 1597 nəfər koronavirusdan sağalıb.

1715201
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (5 oktyabr 2021)

Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına 826 yoluxma faktı qeydə alınıb, 1597 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 487min 204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 467 min 043nəfər müalicə olunaraq sağalıb, 6599 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 562 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 201, ümumilikdə isə 4 milyon 902 min 328 test icra olunub.

Oktyabrın 5-də Azərbaycanda yeni növ koronavirus nfeksiyasına qarşı 57 min 572 doza vaksin vurulub.

Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 15 min 949, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 41 min 623 nəfər olub.

Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 8 milyon 795 min 572-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 4 milyon 824 min 323, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 3 milyon 971 min 249 nəfərdir.



Әlaqәli Xәbәrlәr