Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (3 oktyabr 2021)

Son sutkada koronavirus infeksiyasından 1813 nəfər sağalıb.

1713944
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (3 oktyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 712 yoluxma faktı qeydə alınıb, 1813 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 485 min 987 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 464 min 611 nəfər müalicə olunaraq sağalıb, 6 min 573 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 803 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 760, bu günə qədər isə ümumilikdə 4 milyon 887 min 165 test icra olunub.

Oktyabrın 3-də Azərbaycanda 52 min 949 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 min 6, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 min 943 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 736 min 939, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 808 min 142, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 928 min 797 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr