Özbəkistana sığınan əfqan əsgərləri üçüncü ölkəyə göndəriliblər

Özbəkistan Talibanın Əfqanıstanda  hakimiyyəti ələ keçirməsindən sonra özbək torpaqlarına sığınan əfqan əsgərlərinin və vətəndaşlarının ölkəni tərk etdiyini bildirib.

1706394

Özbəkistan Xarici İşlər Nazirliyinin bununla bağlı məlumatında keçən ay Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Talibandan qaçaraq Özbəkistana qanunsuz keçən Əfqanıstan vətəndaşlarının son iki gündə ölkəni tərk etdikləri və üçüncü bir ölkəyə getdikləri vurğulanıb.

Taliban keçən ay Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra bir çox əfqan vətəndaşı və hərbi pilot da daxil olmaqla 585 əfqan əsgəri qanunsuz olaraq Özbəkistan ərazisinə keçmişdi.

Әlaqәli Xәbәrlәr