“TURAZ Şahini – 2021” birgə taktiki-uçuş təlimləri davam edir

Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir.

1703735
“TURAZ Şahini – 2021” birgə taktiki-uçuş təlimləri davam edir

Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir. Təlimin planına uyğun olaraq Türkiyə və Azərbaycan hərbi təyyarəçiləri gündüz döyüş uçuşları həyata keçiriblər.

Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib.

Plana uyğun olaraq iki qardaş ölkənin hərbi təyyarəçiləri birgə əməliyyat çərçivəsində havadan hücumla şərti düşmənin hava hücumundan müdafiə vasitələrini, strateji obyektlərini və bu obyektləri müdafiə edən təyyarələrini məhv etmək tapşırığını uğurla icra ediblər.

Təlimlər sentyabrın 17-dək davam edəcək.



Әlaqәli Xәbәrlәr