Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 sentyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1704136
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 sentyabr 2021)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 2447 yeni yoluxma faktı qeydə alınıb, 3428 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 447725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 389977 nəfər müalicə olunaraq sağalıb, 5920 nəfər vəfat edib, aktiv xəstə sayı 51828 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15530, ötən müddət ərzində isə ümumilikdə 4578600 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 70768 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31927, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38841 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 7307149, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4391664, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2915485 təşkil edir.



Әlaqәli Xәbәrlәr