Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (6 sentyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1703339
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (6 sentyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 2406 yoluxma faktı qeydə alınıb, 2867 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 445 min 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 386 min 549 nəfər müalicə olunaraq sağalıb, 5 min 879 nəfər vəfat edib. Aktiv xəstə sayı 52 min 850 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 550, bu günə qədər isə ümumilikdə 4 milyon 563 min 70 test icra olunub.

Sentyabrın 6-da Azərbaycanda 1107 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 236 min 381, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 359 min 737, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 876 min 644 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr