Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (29 iyul 2021)

Azərbaycanda yeni növ koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb.

1682344
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (29 iyul 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, 181 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 342 min 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 min 574 nəfər müalicə olunaraq sağalıb, 5 min 19 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 min 955 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 423, bu günə qədər isə ümumilikdə 4 milyon 14 min 73 test icra olunub.

Ölk son 24 saat ərzində koronavirus əleyhinə 84 247 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46 638, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 609 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 798 286, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı2 777 752, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 020 534 təşkil edir.



Әlaqәli Xәbәrlәr