Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın törətdiyi növbəti təxribatla bağlı açıqlama yayıb

Azərbaycan XİN: Növbəti təxribatı törədərək vəziyyəti gərginləşdirməyin məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

1681375
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın törətdiyi növbəti təxribatla bağlı açıqlama yayıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, iyulun 28-də Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini intensiv atəşə tutub. Nəticədə iki hərbi qulluqçu yaralanıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti təxribatı törədərək vəziyyəti gərginləşdirməyin məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son verməyə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır və ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq.



Әlaqәli Xәbәrlәr