Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (25 iyul 2021)

Azərbaycanda koronavirus infeksiyasından daha 149 nəfər müalicə olunaraq sağalıb.

1679845
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (25 iyul 2021)

Azərbaycanda koronavirus (Covid-19) infeksiyasına 386 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 340 min 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 min 56 nəfər müalicə olunaraq sağalıb, 5 min 6 nəfər vəfat edib. 3 min 381 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 684, bu günə qədər isə ümumilikdə 3 milyon 975 min 82 test icra olunub.

İyulun 25-də Azərbaycanda 46 min 910 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 min 61, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 min 849 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 milyon 563 min 897, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı

2 milyon 654 min 76, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 milyon 909 min 821 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr