Azərbaycan ordusunun Kəlbəcərdə şəhid olan giziri Beyləqanda son mənzilə yola salınıb

Vida mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin şəxsi heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.

1679488
Azərbaycan ordusunun Kəlbəcərdə şəhid olan giziri Beyləqanda son mənzilə yola salınıb

İyulun 23-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan gizir Yaqublu Fərman Telman oğlu doğulduğu Beyləqan rayonunda son mənzilə yola salınıb.

Vida mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin şəxsi heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər. Fərman Yaqublunun cənazəsi izdihamın müşayiəti ilə Qəhrəmanlı qəsəbə məzarlığında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Tabutun üzərinə çəkilmiş üçrəngli dövlət bayrağı əbədi xatirə olaraq onun ailəsinə təqdim edilib.

Qeyd edək ki, Fərman Yaqublunun atası Yaqubov Telman Fərman oğlu 1994-cü il yanvarın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. (azertag.az)



Әlaqәli Xәbәrlәr