Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (22 iyul 2021)

Azərbaycanda son sutkada 212 nəfər "Covid-19"a yoluxub, 92 nəfər sağalıb.

1678848
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (22 iyul 2021)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 212 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 339274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331629 nəfər müalicə olunaraq sağalıb, 4999 nəfər vəfat edib, aktiv xəstə sayı 2646 nəfərdir.

Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7655, ötən müddət ərzində isə ümumilikdə 3943568 test aparılıb.

Azərbaycanda son 24 saat ərzində koronavirus əleyhinə 17067 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5392, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11675 nəfərdir.



Әlaqәli Xәbәrlәr